Azərbaycanda həftəsonu sərt karantin tətbiq ediləcək – RƏSMİ AÇIQLAMA
Xəstəliklər

Azərbaycanda həftəsonu sərt karantin tətbiq ediləcək? – RƏSMİ AÇIQLAMA

Ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.

1Arada.az xəbər verir ki, hazırda karantin müddətində SMS icazə xidmətindən istifadə edərək gün ərzində yaşayış yerini müəyyən səbəblərlə tərk etmək mümkündür.

Lakin öncəki həftələrdə şənbə və bazar günləri sərt karantin rejimi tətbiq edilirdi.

Hazırda bir çox vətəndaşı bu həftəsonu da sərt karantinin tətbiq edilib-edilməyəcəyi, marketlərin bağlanıb-bağlanmayacağı maraqlandırır.

1Arada.az-ın suallarını cavablandıran Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bildirib ki, bu həftəsonu sərt karantin rejimi tətbiq edilməyəcək.

“Bu iki həftə ciddi karantin rejimidir. Həftəsonu marketlərin bağlanması gözlənilmir. Onsuz da bu həftə və gələn həftə karantindir, SMS-lə çıxmadır. Bundan başqa heçnə gözlənilmir”, – deyə Leyla Abdullayeva qeyd edib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir