Azərbaycanda daha səkkiz tibb işçisi koronavirusa yoluxdu - AÇIQLAMA
Xəstəliklər

Azərbaycanda daha səkkiz tibb işçisi koronavirusa yoluxdu – AÇIQLAMA

“Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının səkkiz tibb işçisində koronavirusa görə edilən testlər müsbət çıxılıb”.
1Arada.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıxov bildirib.
O qeyd edib ki, koronavirusa yoluxan əməkdaşlardan evdə və xəstəxanada müalicə alanlar var:

“Xəstəxananın reanimasiya şöbəsinin müdiri Sərvan Hacıyev Bakıda xəstəxanada müalicə alır. Hərdən xəbər yayırlar ki, süni tənəffüs aparatına qoşulub, amma bu, düzgün məlumat deyil. Vəziyyəti stabildir”.
Həkim qeyd edib ki, Sumqayıtda 500 şəxsin koronavirusa yoluxması ilə bağlı məlumat yoxdur:
“Sayı deyə bilmərəm, amma xəstəlik var. Bütün dünyada belədir. Təcili yardım xəstəxanasına müraciət edən xəstələr arasında şübhəlilər olduqda test edilir”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir