Azərbaycanda daha bir həkim koronavirusa yoluxdu — SON DƏQİQƏ FOTO
Hər Şeydən Bir Az Xəstəliklər

Azərbaycanda daha bir həkim koronavirusa yoluxdu — SON DƏQİQƏ / FOTO

Koronaviruslu xəstələrə qulluq edən həkim Namiq Nəbiyev COVİD-19-a yoluxub.

1Arada.az xəbər verir ki, bu barədə həkim oftalmoloq Yazgül Abdiyeva sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, Namiq Nəbiyev ilk gündən koronavirusla mübarizəyə qoşulanlar sırasındadır:

“Fevral ayından başlayaraq Qobustan, Neftcala, Cəlilabad, Astara, Biləsuvar rayonunda və Olimpiya kəndində karantin xəstəxasnalarında xidmət göstərən, həmçinin Bakı və Bakı ətrafı rayon xəstələrinin infeksion qəbulu şöbəsində aktiv çalışan həmkarlarımızdan biri, doktor Namiq Nabiyev koronovirusa yoluxub.

Hazırda ATU da mülicə alır. Gecə-gündüz virusla mübarizəyə qoşulan dəyərli həmkarımıza can sağlığı arzulayırıq”. (Teleqraf.com)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir