Azərbaycanda daha 523 nəfər koronavirusdan sağaldı - 369 yeni yoluxma
Xəstəliklər

Azərbaycanda daha 523 nəfər koronavirusdan sağaldı – 369 yeni yoluxma

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1Arada.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 27 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib, 8 037 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 817, ötən müddət ərzində isə ümumilikdə 634 698 test aparılıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir