Azərbaycanda daha 2 nəfər koronavirusdan öldü – SON DƏQİQƏ
Xəstəliklər

Azərbaycanda daha 2 nəfər koronavirusdan öldü – SON DƏQİQƏ

Azərbaycan Respublikasında 262 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 72 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bu barədə 1Arada.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960 və 1963-cü il  təvəllüdlü iki nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3737 nəfər müalicə olunaraq sağalmış, 78 nəfər vəfat etmiş, 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322.574 test aparılmışdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir