Azərbaycanda bu pullar yenilənir
Maraqlı Məlumatlar

Azərbaycanda bu pullar yenilənir

Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir.

2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7,7 milyard manatlıq 423 milyon ədəd pul nişanını çıxarıb, əvəzində 9,7 milyard manatlıq 507 milyon ədəd pul nişanını dövriyyəyə buraxıb.

1Arada.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə ötən il tədavüldə olan nağd pul kütləsi 24,4% (2 milyard manat və yaxud 83,7 milyon ədəd) artaraq hesabat dövrünün sonuna 10,4 milyard manat təşkil etmişdir. 2019-cu ilin sonuna AMB-nin nağd pul üzrə strateji ehtiyatları 19,6 milyard manat təşkil edib.

İqtisadiyyatın 2021-ci ilin sonunadək nağd pulun strukturuna olan tələbatını tam ödəmək məqsədilə 2019-cu ildə yenilənmiş dizayna və mühafizə sisteminə malik 10 manatlıq (400 milyon manat) və 1, 3 və 5 qəpiklik (1,7 milyon manat) istehsal olunaraq ölkəyə gətirilib, 1, 5 və 50 manatlıq pul nişanlarının (3 360 milyon manat) istehsalı prosesləri isə davam edir. (Report)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir