Azərbaycanda 6 aylıq körpə ölüb
Hər Şeydən Bir Az

Azərbaycanda 6 aylıq körpə ölüb

Azərbaycanda 6 aylıq körpə ölüb.

1Arada.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, ötən ilin iyul ayında anadan olan Cavadov Sübhan Niyaməddin oğlu yanvarın 27-də valideynləri tərəfindən onda yaranmış “qəbzlik” və “qusma” şikayətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edib. Uşağa həkim tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Yanvarın 29-da uşaq həmin şikayətlərlə yenidən xəstəxanaya aparılıb. İlkin müayinələr zamanı S. Cavadova “bağırsaq keçməziliyi” diaqnozu qoyulub və onun təcili Bakıda yerləşən xəstəxanalardan birinə aparılması məsləhət görülüb.

6 aylıq körpə Bakıya aparılarkən yolda ölüb.

Uşağın atası Niyaməddin Cavadov övladının həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edərək bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma başlanıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir