Azərbaycan vətəndaşlarının bu ölkəyə girişi qadağan olundu- SƏBƏB
Hər Şeydən Bir Az

Azərbaycan vətəndaşlarının bu ölkəyə girişi qadağan olundu- SƏBƏB

1Arada.az Report-a istinadən xəbər verir ki, Yaponiya hökuməti COVID-19 pandemiyası ilə bağlı səyahət məhdudiyyəti tətbiq edilmiş ölkələrin siyahısına aralarında Azərbaycanın da olduğu 13 ölkəni daxil etdi. 

Ölkənin Xarici İşlər Naziri Toşimitsu Motegi mətbuat konfransı zamanı həmin ölkələrə və ya oradan səfərlərlə bağlı xəbərdarlığı “səviyyə 3” olan ikinci ən yüksək səviyyəyə qaldırdıqlarını qeyd edib. Adıçəkilən ölkələrdən Yaponiyaya girişə dair məhdudiyyətin müvafiq məşvərətlərdən sonra Milli Təhlükəsizlik Şurası və hökumətin aidiyyəti qurumlarında koronavirusla bağlı növbəti müzakirələr zamanı təsdiqlənərək iki həftə müddətinə tətbiq ediləcəyi bildirilir. Həmin ölkələr sırasında Azərbaycandan başqa, Qazaxıstan, Maldiv, Meksika, Kolumbiya, Uruqvay, Honduras və Afrikanın 5 ölkəsi olduğu diqqətə çatdırılıb. Sözügedən qərarla “səviyyə 3” xəbərdarlığının şamil olduğu ölkə və bölgələrin sayı 100-ə çatdırılacaq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir