Azərbaycan uzunmüddətli karantin rejiminə keçə bilər – XƏBƏRDARLIQ
Hər Şeydən Bir Az

Azərbaycan uzunmüddətli karantin rejiminə keçə bilər – XƏBƏRDARLIQ

Aprelin 27-dən karantin rejiminin yumşaldılmasından sonra çölə çıxan insanların sayı çoxalıb. Təəssüf ki, çölə çıxan insanların bir çoxu maska və əlcəkdən istifadə etməməklə yanaşı sosial məsafəni də qorumur.

İnsanların bu addımı koronavirusun ikinci dalğasının gəlməsinə səbəb ola bilərmi?

1Arada.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, karantin rejiminin yumşaldılması göstərdi ki, insanlarımızın çoxu məsələnin nə qədər ciddi olduğunu başa düşmür:

“Ümumi intizam və mədəniyyət qaydalarına riayət etmir. Ola bilər ki, buna görə də Operativ Qərargah karantin rejimini uzada. Yaxud da ikinci dalğa gəlsə, uzunmüddətli karantin rejiminə keçə bilərik. Ona görə də insanlara müraciət edirik, sosial izolyasiya və qoruyucu vasitələrdən istifadə qaydalarına tam əməl etsinlər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir