Avropa çempionatı Azərbaycan və Ermənistan yığmalarının heyətləri açıqlanıb
İdman

Avropa çempionatı: Azərbaycan və Ermənistan yığmalarının heyətləri açıqlanıb

Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son turu üçün heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, qadınların yarışında birinci lövhədə Günay Məmmədzadə Ermənistan təmsilçisi Lilit Mkrtçyanla, kişilərin mübarizəsində isə Arkadi Naydiç Sloveniya yığmasından Luka Leniçlə üz-üzə gələcək. Bu tur Şəhriyar Məmmədyarov və onun bacısı Türkan Məmmədyarova istirahət edəcək.

Avropa çempionatı, IX tur

Kişilər

Sloveniya – Azərbaycan

Luka Leniç – Arkadi Naydiç

Matey Sebenik – Rauf Məmmədov

Yure Skoberne – Qədir Hüseynov

Yan Sudel – Eltac Səfərli

Azərbaycan – Ermənistan

Günay Məmmədzadə – Lilit Mkrtçyan

Xanım Balacayeva – Elina Danielyan

Ülviyyə Fətəliyeva – Mariya Gevorqyan

Gülnar Məmmədova – Anna Sarqsyan

Qeyd edək ki, son tura Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir