Avqustun 5-dən SMS-icazə ləğv ediləcək - Toylar isə...
Hər Şeydən Bir Az

Avqustun 5-dən SMS-İcazə ləğv ediləcək – Toylar İsə…

“Hesab edirəm ki, yoluxma sayı 2 rəqəmliyə düşsə, müəyyən mexanizmlər tətbiq etməklə toy şənliklərinin keçirilməsi mümkün olar”.

1Arada.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Respublikanın Baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, toy, yas mərasimləri daha çox insanların toplaşdığı yerlər və xəstəliyin yayılması üçün ən münbit şəraitin yaranacağı yerdir:

“Biz də çox gözləyirik, qohum-tanışlarda toy edəsi adamlar çoxdur. Toylara 500-1000 adam gəlir, odur ki təhlükəlidir. Onun da mexanizmini işləyib hazırlaya bilərlər. Hələ tezdir, 10 gün vaxt var, bu müddətə çox sey dəyişə bilər”.

Cəlal İsayev bildirib ki, avqustun 5-i karantin bitmir: 

“Sadəcə olaraq, insanların SMS-lə deyil, daha sərbəst şəkildə işlərinə getməsi mümkün olacaq. Əgər proses bu cür davam eləsə, bir sıra iş yerləri də açıla bilər. Həm sağalmada, həm də yoluxmada günü-gündən ümidverici rəqəmlər açıqlanır”. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir