Artıq iki nəfərin “donuz qripi”ndən ölməsi təsdiqlənib
Tibbi Xəbərlər

Artıq iki nəfərin “donuz qripi”ndən ölməsi təsdiqlənib

Gürcüstanda qrip mövsümündə iki nəfərin H1N1 virusundan (“donuz qripi”) ölməsi təsdiqlənib.

1Arada.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, pasiyentlərdən biri İmereti, digəri isə Acarıstan bölgəsindən olub.

Mərkəz rəhbəri deyib ki, hər iki halda pasiyentlər tibb müəssisələrinə gec müraciət ediblər və onlarda xroniki xəstəliklər olub.

A.Qamkrelidze bildirib ki, bu gün Çiatura rayonunda 30 yaşlı qadının ölümünə “donuz qripi”nin səbəb olması laborator şəraitdə hələ təsdiqini tapmayıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir