Anası Koronavirusdan Ölən Azərbaycanlı- “Ailə Üzvlərimizin Də Vəziyyəti Yaxşı Deyil”
Hər Şeydən Bir Az

Anası koronavirusdan ölən azərbaycanlı: “Ailə üzvlərimizin də vəziyyəti yaxşı deyil”

Xəbər verdiyimiz kimi Rusiyada koronavirusa yoluxanlar arasında azərbaycanlılar da var. Dünən bir nəfər Rusiya vətəndaşı olan soydaşımız koronavirusdan dünyasını dəyişib.<

Əslən Kəlbəcər rayonu Zülfüqarlı kəndindən olan Akif Ələsgərovun həyat yoldaşı Gültəkin Əələsgərova vəfat edib.

1Arada.az xəbər verir ki, Modern.az mərhumun ailə üzvləri ilə əlaqə saxlamağa çalışıb.

Mərhumun oğlu açıqlamasında digər ailə üzvlərinin də vəziyyətinin yaxşı olmadığını deyib:

“Digər ailə üzvlərimizin də vəziyyəti yaxşı deyil. Onlar da karantinə alınıblar və müalicələri davam etdirilir”.

Gültəkin Ələsgərovanın oğlu anasını Azərbaycanda dəfn etmək istədiklərini də qeyd edib:

“Anam Rusiya vətəndaşı olsa da, öz vətənimizdə dəfn olunmasını istəyirik. Hazırda meyitin Azərbaycana aparılması istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparırıq”. (Hökm.az)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir