Ana yeni doğulmuş uşağını paltaryuyan maşında yudu
Hər Şeydən Bir Az

Ana yeni doğulmuş uşağını paltaryuyan maşında yudu

Rusiya Federasiyasının Talits şəhər sakini yeni dünyaya gəlmiş övladını paltaryuyan maşında “yuyub”. Bu barədə “E1” nəşri hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

1Arada.az xəbər verir ki, hadisə çoxuşaqlı ailədə baş verib. Gecə vaxtı ər və üç uşaq yatdığı zaman qadının vaxtından əvvəl doğuş sancıları başlayıb. Dünyaya gətirdiyi uşağı paltaryuyan maşına atıb, işə salan qadın daha sonra iddia edib ki, övladı dünyaya ölü gəlib.

Qonşuların sözlərinə görə, mənzilə polisləri qadının həyat yoldaşı çağırıb. O, səhər durub uşaqları məktəbə və bağçaya aparmaq istədiyi vaxt həyat yoldaşını qan içində görüb.

Faktla bağlı araşdırma davam edir. Hələlik qadının bu hərəkəti hansı məqsədlə etdiyi barədə heç bir məlumat verilmir. (oxu.az)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir