Alkoqoldan tam imtina etdikdə orqanizmdə nə baş verir
Maraqlı Məlumatlar

Alkoqoldan tam imtina etdikdə orqanizmdə nə baş verir?

Alkoqolun orqanizmə vurduğu zərər haqda hamı məlumatlıdır. Rasiona daxil edilən hətta az dozada alkoqol da çəki almağa, dərinin vəziyyətinin pisləşməsinə və daxili orqanların işinin pozulmasına gətirib çıxarır.  Bəs alkoqoldan tam imtina zamanı orqanizimdə nələr baş verir?

1Arada.az alkoqoldan tam imtina edərkən bədəndə hansı prosesslərin getdiyi haqda ətraflı məlumatı sizə təqdim edir:

Alkoqoldan imtinanın 1-ci günü, yəni spirtli içki qəbul etdikdən yan təsirlər özünü daha çox büruzə verir. Orqanizm toksinlərlə doymuş, susuzlaşmış və mineral, elektrolitlərdən azad olmuş olur.  Mədə və bağırsaqların selikli qişası qıcıqlanmış vəziyyətdə olurlar. Əlamətləri: ürəkbulanma, baş ağrısı, baş gicəllənməsi, əhvalın pisləşməsi, yorğunluq, iştahsızlıq.

Akoqolun tərkibində olan etanol bir gün sonra daha zəif zəhərə – asetaldehidə çevrilir.  Halsızlıq yaradan bu maddədən orqanizm tez bir zamanda azad olmaq istəyir. Birinci gün spirtdən imtina etməyin ən çətin günüdür. Bu hal maksimum 72 saat davam edir.

3-cü artıq bütün əlamətlər itir. Alkoqol qandan təmizlənir, orqanizm aktiv şəkildə toksinlərlə mübarizə aparır. Dad hisiyyatı geri qayıdır. Böyrəklərin fəaliyyəti bərpa olunur, halbuki şişkinlik hələ də tam keçib getmir. Qaraciyərdə olan ağrı hisiyyatı isə uzun müddət qalır. Çünki onun bərpası üçün uzun müddət tələb olunur. Ümumilikdə fiziki vəziyyət birinci günlə müqayisədə  çarpacaq dərəcədə  yaxşılaşır. Amma zəiflik və yorğunluq hissi hələ də qalır.  7 gün sonra sinir sisteminin işi və ürək ritmi normaya düşür. Görmə itiliyi artır. Yuxunun keyfiyyəti artır və orqanizm enerji resurslarını tam bərpa edir.  Bədən daha gümrah olur, diqqət və konsentrasiya artır. İştah yaxşılaşır  və bu hal 3 həftəyə qədər davam edir.

Alkoqolsuz həyatın 2-ci həftəsində əhval-ruhiyyəniz yüksələcək.  2-ci həftədən sonra oynaqlardakı ağrı hissi itəcək. Mədə şirəsi normal sintez olunacaq və boğaza düşərək yanma hissi yaratmayacaq.

21 gündən sonra toksinlər orqanizmi tamamilə tərk edir.  Baş beyin alkoqoldan və onun izlərindən tam azad olur.

1 aydan sonra isə dərinin vəziyyəti yaxşılaşır. O daha hamar, parlaq və sağlam görkəm alır. Kiçik qırışlar, sızanaqlar və ləkələr itir.  Qara ciyərin funksiyaları normaya düşür. Tam bərpa olunması üçün ona 1 ay da vaxt lazımdır. Alkoqol orqanizmin infeksiyalara qarşı dözümlüyünü azaldaraq immun sistemini zəiflədir. Alkoqoldan imtina etdikdən bir ay sonra immunitet bərpa olunmaqla yanaşı həm də möhkəmlənir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir