Alimlər koronavirusdan qurtulmağın yolunu açıqladılar
Hər Şeydən Bir Az

Alimlər koronavirusdan qurtulmağın yolunu açıqladılar

Alimlər sübut ediblər ki, insan orqanizmi sərbəst şəkildə həkimlərin köməyi olmadan və heç bir dərman qəbul etmədən də Covid-19-a qarşı dura bilər.

Melbrun universitetinin mütəxəsissləri 2 həftə ərzində koronavirusdan ev şəraitində müalicə olunmağın yollarını açıqlayıblar. Onlar 47 yaşlı Çinin Uxan şəhərindən olan qadının üzərində müşahidə aparıblar.

1Arada.az bildirir ki, alimlərin sözlərinə görə, həmin qadın Melbrun xəstəxanasına xarakterik əlamətlərlə – yüksək temperatur, zəiflik, tənginəfəslik, quru öskürək və boğaz ağrısı ilə daxil olub. Onun koronavirus testi müsbət çıxıb. Amma xəstəxanaya yerləşdirildikdən 13 gün sonra xəstəlik əlamətləri tamamilə yoxa çıxıb, 20-ci gün isə o sağalıb. Qan analizi immun hüceyrələrinin artdığını göstərib.

Qeyd edilir ki, müalicə zamanı qadına antibiotik, steroid və ya virus əleyhinə digər preparatlar tətbiq edilməyib. Həkimlər yalnız su balansını saxlamaq üçün ona venadaxili maye yeridiblər. Bundan belə bir nəticəyə gəlmək olar ki, xəstəlik zamanı bol miqdarda maye qəbul etmək orqanizmin müqavimətini artıraraq virusun bədəndən xarıc olmasını təmin edir.
“Araşdırma göstərir ki, Covid-19 zamanı biz sağalan insanlarda güclü immunitetin olduğunu müşahidə edirik. Bu halı qrip zamanı da müşahidə etmək mümkündür.” – deyə müəlliflər qeyd ediblər.

Alimlər həm də xəstənin heç bir digər xəstəliyinin və zərərli vərdişlərinin olmadığını da bildiriblər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir