Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm
Hər Şeydən Bir Az

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm

Ötən gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 42 yaşlı xəstə vəfat edib.

1Arada.az-a istinadənxəbər verir ki, hadisə ötən gün axşam saatlarında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsində baş verib.

Məlumata görə, 1978-ci il təvəllüdlü xəstə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna fevralın 18-də daxil olub. O, Ağciyər İnstitutuna müraciət edən zaman vəziyyəti kritik olub.

Həkimlər müayinə zamanı xəstəyə ikitərəfli ağır gedişli pnevmoniya, kəskin ağciyər-ürək çatışmazlığı və ikinci tip şəkərli diabet diaqnozu qoyub. Xəstə dərhal birinci Reanimasiya şöbəsinə yerləşdirilib.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün axşam saat 19:10-da xəstənin bioloji ölümü gerçəkləşib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ölüm faktını təsdiqləyib.(oxu.az)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir