Abşeron və Sumqayıtda polis postları quruldu
Hər Şeydən Bir Az

Abşeron və Sumqayıtda polis postları quruldu

“Xəbərdarlıqlara baxmayaraq, zərurət olmadığı hallarda vətəndaşların evdən çıxaraq, istər avtomobillə, istərsə də piyada və avtobusla hərəkətində intensivlik azalmır”.
1Arada.az xəbər verir ki, bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətıə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, bununla əlaqədar Abşeron rayonunun Xırdalan şəhərində və digər qəsəbələrində, həmçinin Sumqayıt şəhərində polis postları qurulub.
“Postlarda vətəndaşların sənədləri yoxlanılaraq, zərurət olmadığı təqdirdə hərəkət etmələrinə nəzarət olunacaq və qarşısı alınacaq. Bir daha vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət etməyə çağırır və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün evdə qalmağa çağırırıq” – deyə, K.Əliyev bildirib. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir