ABŞ Koronavirusa Görə Hər Vətəndaşına Min Dollar Ödəyir, Bəs Azərbaycan – Deputatdan AÇIQLAMA
Hər Şeydən Bir Az

ABŞ koronavirusa görə hər vətəndaşına min dollar ödəyir, bəs Azərbaycan? – Deputatdan AÇIQLAMA

“Faktiki olaraq, Azərbaycan dövləti koronavirusla mübarizədə hər vətəndaş üçün həmin vəsaiti xərcləyir”.

1Arada.az bildirir ki, Sfera.az-a açıqlamasında bu sözləri ABŞ-ın təhlükəli virusla mübarizə çərçivəsində hər bir vətəndaşına min dollar ödəməsi fonunda, anoloji addımın Azərbaycan dövləti tərəfindən də atılması vacibliyinə münasibət bildirərkən Milli Məclisin deputatı Eman Nəsirov deyib: “Azərbaycan koronavirusun qarşısını almaq istiqamətində ciddi addımlar atır, ciddi karantin tədbirləri həyata keçirir. Bu tədbirlərin də əsas məqsədi Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu istiqamətdə ölkəmizin fəaliyyətini yüksək qiymətləndirib”.

Deputat onu da təklif etdi ki, ABŞ yalnız öz vətəndaşlarına deyil, bir fövqəldövlət olaraq virusdan əziyyət çəkən digər ölkələrə də maliyyə dəstəyi göstərsin: “ABŞ-ın koronavirusa görə hər bir vətəndaşına min dollar həcmində birbaşa nağd ödəniş etməsinə gəldikdə, bu ölkə dünyanın fövqəldövlətidir, ən böyük iqtisadiyyata malikdir, 15 trilyon dollarlıq ümumi daxili məhsulu var. Hesab edirəm ki, virusla mübarizədə ABŞ-ın ən böyük töhfəsi həmin geniş maliyyə imkanlarından istifadə edib, təkcə özünə deyil, ümumi bəlaya qarşı mübarizə prosesində dünyanın digər dövlətlərinə də maliyyə dəstəyi göstərməsi ola bilərdi.Bəşəri sınaq qarşısında tək ABŞ-ı koronavirusdan izolyasiya etməklə həmin bəlaya qalib gəlmək mümkün deyil”.

E. Nəsirova görə Azərbaycan təhlükəyə qarşı mübarizədə atdığı ciddi addımlarla vətəndaşlarımıza faktiki olaraq həmin vəsaiti ayırıb: “Azərbaycan virusun geniş yayıldığı İranla qonşudur. Deməli, ölkəmiz üçün təhlükə daha böyükdür. Bu baxımdanhesab edirəm ki, ABŞ həmin reallığı nəzərə ala bilər. Faktiki olaraq Azərbaycanın virusla mübarizədə vaxtında atdığı ciddi addımlarda məqsədi hər bir ölkə vətəndaşını bəladan qorumaqdır. Bunlar da böyük vəsait tələb edir. Belədə faktiki olaraq, Azərbaycan dövləti elə hər bir ölkə vətəndaşı üçün həmin vəsaiti ayırmış vəziyyətdədir”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir