Abituriyentlərin və şagirdlərin nəzərinə
Təhsil

Abituriyentlərin və şagirdlərin nəzərinə!

6 və 7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyun tarixlərində keçiriləcək.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 iyun 2020-ci il tarixli 191 nömrəli qərarına əsasən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Nazirlər Kabinetinin qeyd olunan qərarına uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 6 və 7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyun tarixlərində keçiriləcəkdir. Yəni iyunun 6-da imtahanda iştirak etməli olan şəxslər iyunun 10‑da, iyunun 7-də imtahanda iştirak etməli olan şəxslər isə iyunun 11-də imtahan verəcəklər.

İmtahan keçiriləcək şəhər və rayonların ardıcıllığı, imtahanın başlanma saatı və imtahan iştirakçısının buraxılış vərəqəsində göstərilən binaya gələcəyi vaxt olduğu kimi qalır.

“İmtahana buraxılış vərəqəsi” çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir