“8 Həftə Sonra…” – Koronavirus Bu Qədər Adam Öldürəcək
Hər Şeydən Bir Az

“8 həftə sonra…” – Koronavirus bu qədər adam öldürəcək

ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın koronavirusla əlaqədar keçirdiyi qapalı toplantının təfərrüatı internetə sızdırılıb.

1Arada.az “Yeni Sabah”a istinadən məlumat verir ki, yeni tip koronavirusun qlobal iqtisadiyyata təsiri ilə bağlı keçirilən iclasda bank müştərilərini gözləyən təhlükələr müzakirə olunub.

Mətbuata sızan məlumata görə, bank ABŞ əhalisinin yarısının, Almaniyanın isə 70 faizinin virusa yoluxacağını proqnozlaşdırır. Virusa yoluxanların 80 faizinin xəstəliyi yüngül, 15 faizinin isə orta-ağır keçirəcəyi, yerdə qalan 5 faizin isə kritik vəziyyətdə olacağı qeyd olunub. Ölənlərin sayı isə təxminən yoluxanların sayının 2 faizini təşkil edəcək. 

Bank “COVİD-19″a yoluxma hallarının və virusun qlobal təsirlərinin bundan 8 həftə sonra ən pik səviyyəyə qalxacağını ehtimal edir. 

“Goldman Sachs”a görə 2020-ci ildə qlobal iqtisadi artım cəmi 2 faiz olacaq. Bu isə son 30 ildə ən aşağı səviyyə hesab olunur. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir