65 yaşlı vətəndaşlar artıq küçəyə çıxa biləcək...
Hər Şeydən Bir Az

65 yaşlı vətəndaşlar artıq küçəyə çıxa biləcək…

1Arada.az xəbər verir ki, Türkiyədə yaşı 65-dən yuxarı olan vətəndaşlara küçəyə çıxma qadağası nisbətən yumşaldılıb. Belə ki, yaşlı insanlar maska və məsafə qaydalarına riayət etmək şərtilə artıq gündə üç saat evdən kənarda ola biləcək.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, qərar evdə qalmağın yaratdığı psixoloji sıxıntıları qismən azaltmaq üçün qəbul edilib.

O da vurğulanır ki, yenilik martın 21-dən bəri küçəyə çıxmayan 7,5 milyon şəxsin maraqlarına cavab verir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir