31 may tarixindən sonra karantin rejimi uzadılacaq - RƏSMİ AÇIQLAMA
Hər Şeydən Bir Az

31 may tarixindən sonra karantin rejimi uzadılacaq? – RƏSMİ AÇIQLAMA

“Mayın 31-dən sonrakı dövrdə karantin rejiminin uzadılması ilə əlaqədar indiki mərhələdə fikir söyləmək bir qədər erkən olardı”.

1Arada.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, vəziyyətin qiymətləndirilməsi region və dünyadakı proseslərin qiymətləndirilməsi ilə əlaqədar olacaq: “Hesab edirik ki, karantin rejiminin uzadılması, müəyyən yumşaldılma və sərtləşdirmə tədbirləri ola bilər. Bu mövcud vəziyyətdən asılı olacaq”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir