Hər Şeydən Bir Az Maraqlı Məlumatlar Qadın Uşaq Kişi

29 İldir Konservlə Qidalanan Kişinin Son Halı

Britaniyalı Kalston Hyuks 29 ildir ki, yalnız konservləşdirilmiş qida məhsulları ilə qidalanır.

Yemək seçmə pozğunluğu səbəbindən Böyük Britanıyanın Dursli şəhərindən olan 32 yaşlı Kalston Hyuks 29 ildən çoxdur ki, bişmiş qidalarla qidalana bilmir.

1arada.az bildirir ki, 3 yaşında onun valideynləri həkimə müraciət edərək Kalstonun qidalanmasından şikayətləniblər. Həkimlər uşaqda diqqət çatışmazlığı sindromunun olduğundan şübhələnərək onu psixiatra yönləndiriblər. Nəticədə isə xəstədə yemək seçmə pozğunluğunun olduğu aşkarlanıb.
Hyuks termik işləm görmüş bütün qidaların görünüşündən və iyindən iyrəndiyini, halının dəyişdiyini və bişmiş qida yeməyə cəhd etdikdə ürəyi bulandığını bildirib. Həmçinin o uşaq vaxtı məktəb naharını bacısına verdiyini, buna görə də bütün gün demək olar ki ac gəzdiyini də vurğulayıb. Hyuks daha çox tost, spaqetti, konserv, qarğıdalı lopası və şirniyyat kimi qidalara üstünlük verdiyini söyləyir.
Kalston Hyuks indiyə qədər daha çox konserləşmiş qidalarla qidalanmasına baxmayaraq öz sağlam çəkisini qoruyub saxlayıb və aktiv həyat tərzi keçirir.

http://1arada.az
1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir