100-manat-e1502188090821
Hər Şeydən Bir Az

1000 manat cərimələnə bilərsiniz – DİQQƏT!

1Arada.az-ın Qazet.az-a istinadən məlumatına görə, əlilliyi olan şəxslərin hüquqlarının pozulmasına görə inzibati cəzalar müəyyənləşir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə əlavə təklif edilir.

Təklif edilən 205.1-ci maddəyə əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyi pozanlar 300 manatdan 500 manatadək məbləğdə cərimələnəcək.Qanun layihəsində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə də cərimə nəzərdə tutulur.

Bu hallara görə cərimənin məbləği isə 500 manatdan 1000 manatadəkdir.

Qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir