1 noyabr Bu günün ulduz falı
Bürclər

1 noyabr: Bu günün ulduz falı

Qoç – Yaxşı olar ki, saat 13-ə qədər bütün vacib işlərinizi təxirə salasınız. Əks təqdirdə, cəhdləriniz boşa çıxacaq. Sonrakı saatlarda isə perspektivli sövdələşmələrin iştirakçısı olacaqsınız.

Buğa – Təxminən saat 14-ə qədər özünüzü gərgin situasiyalardan qorumağa çalışın. Sonrakı ərəfədə sevindirici xəbər eşidəcəksiniz. Maraqlı təkliflər də gözlənilir.

Əkizlər – Qarşınızda füsunkar bir təqvim var. Bəxtinizə inanırsınızsa risk etməyə dəyər. Çünki gözlənilməz sürprizlər yolunuzu gözləyir. İstənilən ikitərəfli əməkdaşlıq uğurludur.

Xərçəng – Daxili tərədüdləriniz ümumi sabitliyinizi pozmaqdadır. Nəyi, necə edəcəyinizi müəyyənləşdirə bilmirsiniz. Odur ki, həyata açıq gözlə baxın. Enerjinizi daha çox sevgidən alın.

Şir – Ulduzların düzümü maraqlı insanlarla rastlaşma ehtimalınızdan xəbər verir. Amma onların arasında bir neçəsi ovqatınızı aşağı salmağa çalışa bilər. Bu səbəbdən uzaqgörən və dözümlü olun.

Qız – Astroloji göstəricilər yalnız qonaqlıq və səfərlər üçün uğurlu ərəfə olduğunu bildirir. Odur ki, digər işlər barədə baş sındırmağa dəyməz. Sizi gözləyənləri şad edin.

Tərəzi – İxtiyarınızda olduqca gərgin bir gün durur. Bəri başdan bütün vacib işlərinizi təxirə salın. Münaqişələrə həvəs göstərməyin, neytral olmağa çalışın. Bəxtinizdə pul da var.

Əqrəb – Göy qübbəsi yalnız ailə-sevgi məsələlərində uğurlara yaxın olacağınızı bildirir. Fəaliyyətdə və ya digər münasibətlərdə isə vəziyyət heç də qənaətbəxş olmayacaq. Səfərə çıxmayın.

Oxatan – Mövcud problemlərinizi həll etmək üçün kənardan dəstək almalısınız. Əks təqdirdə uğursuzluqla üzləşəcəksiniz. Saat 14-17 aralığı bu baxımdan olduqca əlverişlidir.

Oğlaq – Hiss olunur ki, səhhətiniz ürəkaçan deyil. Lakin narahatlığa əsas yoxdur. Çünki bütün hallarda həkim əlinə düşməyəcəksiniz. Nahardan sonra şad xəbər eşidəcəyinizə inanın.

Dolça – Maliyyə problemlərinizin artması ümumi ovqatınızda mənfi çalarlar yaratmaqdadır. Azacıq səbr edin, yaxın vaxtlarda kisəniz ağırlaşacaq. Əsas diqqəti münasibətlərə yönəldin.

Balıqlar – Axşam saat 19:02-yə qədər mənfi enerjili Ay bürcünüzdə olduğundan fəaliyyətinizdə bəzi neqativliklər ola bilər. Əzm göstərin ki, nəticə uğurlu olsun. Axşam ürəyinizə yaxın simsarlarınıza baş çəkin.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir