Ən bacarıqlı kamuflyaj ustası
Hər Şeydən Bir Az Maraqlı Məlumatlar

Ən bacarıqlı kamuflyaj ustası

Təbiətin ən bacarıqlı kamuflyaj ustası ilə tanış olmağa hazırsız? Elə isə diqqətli olun. Şübhəsiz ki, söhbət  kiçik kərtənkələ olan buqələmundan gedir.  Bu kərtənkələ ağacın budağına yapışaraq heç tərpənmədən ən kiçik həşaratı belə tutub yeyə bilir. Buqələmunun kamuflyaj sürəti heyrətamizdir. Digər bir çox sürünənlər də rəngdəyişmə qabiliyyətinə sahib olduğu halda, heç biri bunu buqələmun qədər sürətlə yerinə yetirə bilmir.

 O, istədiyi anda olduğu yerin rənginə uyğunlaşır və beləliklə özünü gizlədir. Özünü güvəndə hiss etdiyi zaman isə dərisinə müxtəlif rənglər verərək sanki sənətini nümayiş etdirir.

 Rəssamdan  naxışı çox vaxt kanvaya yəni – üzərində naxış işləmək üçün dama-dama tora köçürməsi tələb olunur. Halbuki, buqələmun olduğu mühitin naxışını bir anda təqlid edə bilir.

Buqələmunun sinir sistemi onun rənginin dəyişməsini tənzimləyir. Sinir torları rəngin gövdəyə yayılmasına, yaxud dərinin içərisindəki kiçik nöqtələrə toplanmasına şərait yaradır. Bu proses buqələmuna öz ovuna xəlvəti yaxınlaşmaq və düşməndən gizlənmək imkanı verir. Belə hesab olunur kİ, buqələmun hirslənəndə rəngi tündləşir, qorxandasa ağarır. 

Onların 85 növü məlumdur, çoxu Afrikada və Madaqaskar adasında yaşayır. Onun Asiyada da yaşayan növləri də var. Cənubi Avropada isə yalnız  Bir növünə rast gəlmək mümkündür. Bu nümunələrlə Tanrı bizə sonsuz elm və sənətinin qüdrətini  göstərir. Bir sözlə buqələmunlar ən yaxşı rəng dəyişdirən canlılardandır. Ən təəcüblü və heyrətə səbəb olan məqamlardan biri isə buqələmunun üzərinə qoyulan yarpağın izi bir müddət sonra heyvanın dərisində, üstəlik eyni rəng və naxışlarla ortaya çıxmasıdır. Möcüzə bax budur.

Rəşad Əliyev

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir